Azərbaycan Prezidenti: Laçın yolunun bağlı olması ilə əlaqədar Ermənistanın iddiaları yalandır

Azərbaycan Prezidenti: Laçın yolunun bağlı olması ilə əlaqədar Ermənistanın iddiaları yalandır
# 25 mart 2023 18:04 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə də toxunub.

APA xəbər verir ki, Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır.

Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR