Azərbaycan Prezidenti: "Qarabağ münaqişəsi artıq tarixdir"

Azərbaycan Prezidenti: "Qarabağ münaqişəsi artıq tarixdir"
# 31 oktyabr 2022 18:19 (UTC +04:00)

“Qarabağ münaqişəsi artıq tarixdir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi 2 il əvvəl həll edilib, iki il öncə üçtərəfli bəyanat imzalanıb və çoxillik münaqişəyə son qoyulub. Belə olan halda isə bu kontekstdə praktiki olaraq müzakirə olunacaq nəsə yoxdur.

Prezident İlham Əliyev 2 il əvvəl Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Vladimir Putinə bir daha təşəkkür edib.

Dövlət başçısının sözlərinə görə, indi isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində danışmaq və addımlar atmaq zamanı gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR