Azərbaycan Prezidenti Rəisi ilə telefon danışığı zamanı səfirliyə hücumla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib

Azərbaycan Prezidenti Rəisi ilə telefon danışığı zamanı səfirliyə hücumla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
# 28 yanvar 2023 22:40 (UTC +04:00)

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib.

APA xəbər verir ki, dövlət başçısı bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib.

Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR