Azərbaycan Prezidenti: Şəhidlərimizin qanı yerdə qalmadı! - VİDEO

Azərbaycan Prezidenti: Şəhidlərimizin qanı yerdə qalmadı! - VİDEO
# 13 sentyabr 2022 20:46 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.

APA-nın xəbərinə görə paylaşımda deyilir:

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR