Azərbaycan Prezidenti: “Sülh müqaviləsi üzərində işə başlamaq barədə təklifimiz hələlik cavabsız qalır”

Azərbaycan Prezidenti: “Sülh müqaviləsi üzərində işə başlamaq barədə təklifimiz hələlik cavabsız qalır”
# 23 iyun 2022 20:43 (UTC +04:00)

“Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

“Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək” – deyə dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR