Azərbaycan Prezidenti Türk dövlətlərinin başçılarını Qarabağ və Şərqi Zəngəzura dəvət edib - VİDEO

Azərbaycan Prezidenti Türk dövlətlərinin başçılarını Qarabağ və Şərqi Zəngəzura dəvət edib - VİDEO
# 11 noyabr 2022 10:20 (UTC +04:00)

“Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışında deyib.

Dövlət başçısı bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak etdiyini diqqətə çatdırıb: “Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda olub. Mən digər Türk dövlətlərinin başçılarını da Qarabağ və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən tikiləcək Yaradıcılıq Mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kazım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR