Azərbaycan Prezidenti Türkiyə lideri ilə bölgədəki vəziyyəti və Soçi görüşünün nəticələrini müzakirə edib - YENİLƏNİB - FOTO

Azərbaycan Prezidenti Türkiyə lideri ilə bölgədəki vəziyyəti və Soçi görüşünün nəticələrini müzakirə edib - YENİLƏNİB  - FOTO
# 10 noyabr 2022 23:27 (UTC +04:00)

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

APA xəbər verir ki, görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparılıb.

***

Saat 23:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Səmərqənddə görüşüb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, görüş Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısı çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR