Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib

 Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib
# 26 sentyabr 2022 22:26 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmalarını arzu edirəm”.

Qeyd edək ki, İjevsk şəhərində məktəbə hücum nəticəsində 15 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR