Azərbaycan Prezidenti Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib

Azərbaycan Prezidenti Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib
# 11 mart 2023 12:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

APA xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığı vurğulanıb. Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirilib.

Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq Prezidentinin görüşləri xatırlanıb, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlərinin uğurlu inkişafı qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR