Azərbaycan Prezidenti Zelenskiyə başsağlığı verib

Azərbaycan Prezidenti Zelenskiyə başsağlığı verib
# 18 yanvar 2023 22:08 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskiyə Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərindəki helikopter qəzası ilə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident.

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR