Azərbaycan və İsrail arasında uçuşların sayı artırıla bilər

Azərbaycan və İsrail arasında uçuşların sayı artırıla bilər
# 30 may 2023 14:43 (UTC +04:00)

Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

“Bu gün biz, həmçinin qarşılılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə etdik. Həftədə yalnız dörd reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçular olur, - daimi əsasda edilməsi tapşırılmışdır”, - Prezident İlham Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR