Azərbaycan və Misir beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəni gücləndirir

Azərbaycan və Misir beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəni gücləndirir
# 28 yanvar 2023 15:18 (UTC +04:00)

“Biz bu gün regional təhlükəsizlik məsələlərini müzakirə etdik və eyni zamanda, gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün fikir mübadiləsi apardıq”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

“Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəmizi gücləndirmək qərarına gəldik, buna böyük ehtiyac var. Çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaqdır”, - dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR