Azərbaycan və Misir liderləri ticari-iqtisadi məsələləri geniş müzakirə edib

Azərbaycan və Misir liderləri ticari-iqtisadi məsələləri geniş müzakirə edib
# 28 yanvar 2023 15:21 (UTC +04:00)

“Biz, eyni zamanda, bu gün ticari-iqtisadi məsələləri geniş müzakirə etdik”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

“Ötən il Azərbaycanda Hökumətlərarası Müştərək Komissiyanın iclası keçirilmişdi və komissiyanın növbəti iclası ərəfəsində bu gün hörmətli qonağımla əldə edilmiş razılaşmaları biz həyata keçirməliyik ki, növbəti iclasda artıq konkret addımlar atılsın. Sahələr də müəyyən edilmişdir - əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi. Burada da böyük imkanlar var”, - Azərbaycan dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR