Azərbaycan və Rusiya prezidentləri üçtərəfli razılaşmaların icrasını müzakirə edib - VİDEO

Prezident İlham Əliyev, Vladimir Putin

© APA | Prezident İlham Əliyev, Vladimir Putin

# 26 noyabr 2022 14:32 (UTC +04:00)

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR