Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə olunması qaydası açıqlanıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə olunması qaydası açıqlanıb
# 08 sentyabr 2022 17:45 (UTC +04:00)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə olunması qaydası açıqlanıb.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir.

İdarə Heyətinin tərkibi 4 (dörd) üzvdən – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 3 müavinindən ibarətdir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi onun müavinlərindən biri icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR