Azərbaycanın BMT-nin Nayrobidəki bölməsində Daimi Nümayəndəliyinin ştat cədvəli təsdiqlənəcək

Azərbaycanın BMT-nin Nayrobidəki bölməsində Daimi Nümayəndəliyinin ştat cədvəli təsdiqlənəcək
# 26 noyabr 2022 16:30 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında Qanunu imzalayıb.

APA xəbər verir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyi təsis ediləcək.

Eyni zamanda, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR