Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin strukturu və ştat cədvəli təsdiq ediləcək

Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin strukturu və ştat cədvəli təsdiq ediləcək
# 26 noyabr 2022 16:10 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR