Azərbaycanın Latviyadakı səfiri dəyişib

Azərbaycanın Latviyadakı səfiri dəyişib
# 26 iyul 2021 13:38 (UTC +04:00)

Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR