Azərbaycanının xarici ölkələrdəki ticarət nümayəndələrinə aylıq təmsilçilik xərci müəyyən ediləcək

Azərbaycanının xarici ölkələrdəki ticarət nümayəndələrinə aylıq təmsilçilik xərci müəyyən ediləcək
# 12 yanvar 2023 19:58 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən ediləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Azərbaycan Respublikasının xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə səlahiyyətlərinin icrası ilə bağlı əməkhaqlarının 25 faizi, səfir müavini, "müşavir elçi", "daimi nümayəndənin müavini", "müşavir", "konsul" və "birinci katib" vəzifələrini tutan diplomatik xidmət əməkdaşlarına, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi, digər vəzifələri tutan diplomatik xidmət əməkdaşlarına isə əməkhaqlarının 10 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR