Azərbaycanla Macarıstan arxiv idarələri arasında Saziş təsdiqlənib

Azərbaycanla Macarıstan arxiv idarələri arasında Saziş təsdiqlənib
# 22 dekabr 2021 16:58 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərmanı imzalayıb.

APA-nın xəbərinə görə, Fərmana əsasən, 2021-ci il sentyabrın 22-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu Fərmanın göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan tərəfinə bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR