“AzerGold” QSC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

“AzerGold” QSC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
# 16 may 2022 15:03 (UTC +04:00)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının yeni tərkibi təsdiq olunub.

APA xəbər verir ki, bu Prezident İlham Əliyevin sərəncamı ilə “”AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamda edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib:

Müşahidə Şurasının sədri

Mətin Eynullayev ‒ Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Müşahidə Şurasının üzvləri

Səməd Bəşirli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri

Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri

Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri.

Bundan əvvəl “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı kimi olub:

Müşahidə Şurasının sədri

Rövşən Nəcəf – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü

Müşahidə Şurasının üzvləri

Elçin Ağakişiyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini

İlham Pənahov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru

Samir Qurbanov – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR