Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı Komissiyanın sədri dəyişib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 27 dekabr 2021 13:46 (UTC +04:00)

“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin Marabda - Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə Respublikası ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə yaradılam Dövlət Komissiyasının tərkibi dəyişib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Dövlət Komissiyana sədrliyi rəqəmsal inkişaf və nəqliyyat naziri edəcək. Əvvəl bu səlahiyyət “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrində idi. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri isə komissiyanın üzvləri sırasında təmsil olunacaq.

Sərəncama əsasən, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Hökuməti tərəfindən işlərin əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR