Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Aşıq Ələsgər

© APA | Aşıq Ələsgər

# 30 noyabr 2021 13:49 (UTC +04:00)

Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq.

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR