Baş prokurorun aylıq vəzifə maaşı artırılıb

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 29 iyul 2022 16:07 (UTC +04:00)

Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” sərəncamda edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin aylıq vəzifə maaşı həcmində müəyyən edilmişdi.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Sərəncam 2022-ci il iyulun 1-dən tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR