Bayram Beqay: Albaniya-Azərbaycan əməkdaşlığını gücləndirmək üçün çalışmalıyıq

Bayram Beqay: Albaniya-Azərbaycan əməkdaşlığını gücləndirmək üçün çalışmalıyıq
# 12 mart 2023 14:09 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Albaniya Prezidenti Bayram Beqay görüş zamanı Prezidentə təşəkkür edib:

“Cənab Prezident, əlamətdar tədbir olan Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmək, Sizi ziyarət etmək məndə və mənim heyətimdə böyük məmnunluq hissi doğurur. Bu, səfər etmək və Sizi görmək üçün əlavə bir fürsətdir. Əlbəttə ki, atanızın irsi əbədi olaraq yazılıb və hesab edirəm ki, Bakı və bütün ölkə üçün həyata keçirdiyiniz işləri hər yerdə görmək olar. Dünən mən şəhərə çıxdım, bir az gəzdim və şəhərin heyrətamizliyinin şahidi oldum.

Əlbəttə, Sizin qeyd etdiyiniz kimi, biz keçən il görüşmüşük və düşünürəm ki, ölkələrimiz dost ölkələrdir. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirmək üçün çalışmalıyıq, xüsusilə iqtisadiyyat və turizm sahələrində. Bizdə Transadriatik boru kəməri var və ölkənin bütün ərazisini qazlaşdırmaq üçün daha çox iş görməliyik.

Xüsusilə indi - enerji məsələsinin çox önəmli olduğu bir dövrdə. Qaz da çox vacibdir. Biz çox şadıq və bəxtimiz gətirib ki, Siz üzərinizə belə bir öhdəlik götürmüsünüz və Sizin dostluğunuzu qazanmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR