Benin Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 02 iyun 2022 14:50 (UTC +04:00)

Benin Respublikasının Prezidenti Patris Talon Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı - 28 May – Müstəqillik Günü münasibətilə Benin hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına sülh və rifah arzulayıram.

Eyni zamanda, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq möhkəmləndirilməsi arzularımı bildirmək istəyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR