Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği artırılıb

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği artırılıb
# 13 yanvar 2023 10:29 (UTC +04:00)

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 70 manatdan 105 manata qaldırılıb. Eyni zamanda digər dəyişikliklə bu müavinət artıq aylıq olaraq veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR