Beynəlxalq Türk Akademiyasının prezidenti dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 25 dekabr 2021 11:16 (UTC +04:00)

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi 60 illik yubileyiniz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Altmış illik şərəfli həyat yolunuzun böyük bir hissəsini qardaş Azərbaycan xalqının rifahına, Azərbaycan Respublikasının daha da çiçəklənməsi və inkişafına həsr etmisiniz. Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan Respublikası sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq münasibətlərdə sanballı uğurlar qazanıb, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib.

44 günlük Vətən müharibəsində qazandığınız böyük Zəfərlə Azərbaycanın yüksəlişi yolunda ən böyük maneəni aradan qaldırdınız, ikili standartlara, ədalətsizliyə və haqsızlığa son qoyaraq dünya barışına əhəmiyyətli töhfə verdiniz. İllər boyu bütün istiqamətlərdə böyük incəliklə formalaşdırdığınız və həyata keçirdiyiniz siyasəti 60 illik yubileyiniz ərəfəsində böyük Zəfərlə taclandırdınız, qazandığınız misilsiz uğurlarla bütün türk xalqlarının qəlblərinin fatehi oldunuz, adınızı türk dünyasının tarixinə qızıl hərflərlə yazdırdınız. İnanıram ki, Sizin əvəzsiz xidmətlərinizi xalqlarımız heç zaman unutmayacaq.

Sizin türk əməkdaşlıq təşkilatlarına, xüsusilə Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə yüksək dəstəyinizi hər zaman hiss edir və dərin minnətdarlıqla qarşılayırıq. Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşündə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz böyük şəxsiyyətinizə, beynəlxalq miqyasda və türk dövlətləri arasında olan yüksək nüfuzunuza, türk birliyinə mühüm töhfənizə, misilsiz xidmətlərinizə xalqlarımızın və dövlətlərimizin verdiyi yüksək dəyərin ifadəsi oldu.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək 60 illik yubileyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR