BP-nin regional prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

BP-nin regional prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
# 26 may 2022 19:34 (UTC +04:00)

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycanda 30 illik fəaliyyətimiz ərzində dünya səviyyəli enerji layihələrinin əməliyyatçısı olmağımızla, bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməyimizlə qürur duyuruq.

BP şirkəti Azərbaycanla əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR