Britaniya parlamentinin İcmalar Palatasının üzvü Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Bob Bləkmən və Prezident İlham Əliyev

© APA | Bob Bləkmən və Prezident İlham Əliyev

# 24 dekabr 2021 13:16 (UTC +04:00)

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbik məktubu göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanda müasir cəmiyyət quruculuğu işinə, eləcə də ölkələrimiz arasında əlaqələrin, xüsusilə iqtisadi əməkdaşlığın inkişafına verdiyiniz töhfələrə görə Sizə çox minnətdarıq.

Azərbaycan Respublikası müstəqil ölkə kimi qısa müddətdə böyük nailiyyətlər qazanmış və şübhəsiz, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə inkişaf etməkdə davam edəcəkdir.

Cənab Prezident, Sizə cansağılığı, sülhə və Azərbaycan xalqının firavanlığına xidmət edən fəaliyyətinizdə uğurlar arzu edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR