Bruney Sultanı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Hacı Həssənal Bolkiah

© APA | Hacı Həssənal Bolkiah

# 02 iyun 2022 16:14 (UTC +04:00)

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bruney ilə Azərbaycan Respublikası mehriban dostluq münasibətlərini uğurla davam etdirirlər. Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında birgə səylərimiz də daxil olmaqla, ikitərəfli və beynəlxalq əməkdaşlığımızı möhkəmləndirmək üçün bundan sonra da Sizinlə birlikdə çalışmaq arzusundayam.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR