Burkina-Fasonun Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Burkina-Faso Prezidenti Rok Mark Kristian Kabore

© APA | Burkina-Faso Prezidenti Rok Mark Kristian Kabore

# 01 iyun 2021 18:03 (UTC +04:00)

Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kabore Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü mənə Burkina-Faso xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl imkan yaradır. Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram.

Əmin olun ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə işləməyə daim hazıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR