Çexiya dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Çex Respublikasının Prezidenti Miloş Zeman, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

© APA | Çex Respublikasının Prezidenti Miloş Zeman, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

# 24 may 2022 14:33 (UTC +04:00)

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəvər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı çox yaxşı münasibətləri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR