Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə medal təsis edilib

Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə medal təsis edilib
# 14 yanvar 2023 15:03 (UTC +04:00)

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalı təsis edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Qanuna əsasən, “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan Respublikası daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR