Dəyəri 15 min manatdan artıq olan zinət əşyalarının alqı-satqısı nağdsız qaydada olacaq

Dəyəri 15 min manatdan artıq olan zinət əşyalarının alqı-satqısı nağdsız qaydada olacaq
# 31 yanvar 2023 17:59 (UTC +04:00)

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.15-ci maddədə qeyd edilib.

Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR