DMX-nın xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı artırılıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 dekabr 2021 16:40 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

APA-nın xəbərinə görə, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Müəyyən edilib ki, Fərmanda nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ödənilir.

Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR