Dominikan rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Dominikan rəhbəri Prezident İlham Əliyevi təbrik edib
# 06 iyun 2023 17:29 (UTC +04:00)

Dominikan Respublikasının Prezidenti Luis Abinader Prezident İlham Əliyevi təbrik edib.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR