Dövlət başçısı: Artıq İslamiadada birinci qızıl medalımız var

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 09 avqust 2022 16:39 (UTC +04:00)

“Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

“Oyunların rəsmi açılış mərasimi bu gündür, amma Oyunlar artıq davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq”, - dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR