Dövlət başçısı: Avropa Parlamenti Azərbaycana qarşı daha çox aqressivdir   

Dövlət başçısı: Avropa Parlamenti Azərbaycana qarşı daha çox aqressivdir   
# 19 iyul 2022 13:12 (UTC +04:00)

“Siz Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyenin dünənki səfəri haqqında yəqin məlumatlısınız. Bizim çox yaxşı müzakirələrimiz oldu. Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha vurğulayır”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə fəal şəkildə cəlb olunub. O, artıq Ermənistan və Azərbaycan rəhbərlərinin və özünün iştirakı ilə üç üçtərəfli görüşə ev sahibliyi edib. Beləliklə, bu, çox müsbət kontekstdir. Lakin bunu nəzərə alaraq, biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir. Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Təəccübləndiyimi deyəndə mən məhz bunu nəzərdə tuturdum”, - Azərbaycan Prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR