Dövlət başçısı: “Azərbaycan “Bandunq prinsipləri”ni baza prinsipləri kimi götürür”

Dövlət başçısı: “Azərbaycan “Bandunq prinsipləri”ni baza prinsipləri kimi götürür”
# 30 iyun 2022 11:28 (UTC +04:00)

Azərbaycan “Bandunq prinsipləri”ni baza prinsipləri kimi götürür.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışında bildirib.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının bütün təşəbbüslərində aktiv iştirak etdiyini deyib:

“Biz “Bandunq prinsipləri”ni tam bölüşürük və bu prinsipləri əməkdaşlıq, ölkələr arasında qarşılıqlı fəaliyyət üçün yeganə baza kimi nəzərdən keçiririk. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, qarşılıqlı olaraq bir-birinin daxili işlərinə müdaxilə etməmək - əgər bu prinsiplər bütün ölkələr tərəfindən qorunsa, müharibələr, münaqişələr və ədalətsizlik olmazdı. Biz fəaliyyətimizin ilk günlərindən Qoşulmama Hərəkatının bütün təşəbbüslərində aktiv iştirak etmişik. Düşünürəm ki, bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik üçün namizədliyinə yekdil dəstəyin əsas səbəbi idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR