Dövlət başçısı: Azərbaycanın qaz tədarükü coğrafiyasının genişlənəcəyinə əminəm

Dövlət başçısı: Azərbaycanın qaz tədarükü coğrafiyasının genişlənəcəyinə əminəm
# 31 may 2023 12:56 (UTC +04:00)

Ötən il yarım ərzində Azərbaycana 10-dan çox ölkə təbii qaz tədarükünün artırılması və ya tədarükə başlamaqla bağlı müraciət edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

“Azərbaycanın qaz tədarükü coğrafiyasının genişlənəcəyinə əminəm. Çünki Azərbaycan qazına ehtiyac artır. Bizə ötən bir il yarım ərzində 10-dan çox ölkə ya tədarükün artırılması, ya da tədarükə başlamaqla bağlı müraciət edib. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını qarşılamaq və şübhəsiz ki, bazar fürsətləri ilə investisiyaları koordinasiya etmək istəyirik”, - dövlət başçısı diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR