Dövlət başçısı: Biz bu gün Serbiya Prezidenti ilə növbəti illər üçün bir gündəlik tərtib etdik

Dövlət başçısı: Biz bu gün Serbiya Prezidenti ilə növbəti illər üçün bir gündəlik tərtib etdik
# 23 noyabr 2022 16:19 (UTC +04:00)

Biz bu gün növbəti illər üçün bir gündəlik tərtib etdik.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.

“Prezidentlər bu gündəliyi öz diqqətində saxlayacaq, buna nəzarət edəcək, bu məsələlərin icrasına nəzarət edəcək və bunu da operativ və səmərəli şəkildə etmək üçün əlbəttə ki, biz tez-tez görüşməliyik. Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər. Və ondan sonra əlbəttə ki, mən də yenidən gələcəyəm. Mənim səfərim Serbiyaya bir qədər uzandı, yəni bir qədər gecikdi. Çünki Prezident Vuçiç 3 il yarım bundan əvvəl Azərbaycanda idi. Mən də cavab səfəri etməli idim. Amma COVİD-in müdaxiləsi nəticəsində səfər bir qədər ertələndi. Amma yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Belə səfərlərimiz çox olacaq, bizim dostluğumuz da əbədi olacaq”, - Prezident İlham Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR