Dövlət başçısı: Bolqarıstan şirkətlərini azad olunmuş ərazilərə dəvət edəcəyəm

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 30 sentyabr 2022 18:33 (UTC +04:00)

“Mən bu gün Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə görüşəcəyəm. Artıq görüşlər üçün mövzular da kifayət qədərdir. Əminəm ki, bu görüş bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacaq”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Sofiyada Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Eyni zamanda, mən Bolqarıstan şirkətlərini Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət edəcəyəm, o cümlədən işğaldan azad olunmuş ərazilərə. Hazırda orada böyük quruculuq-abadlıq işləri aparılır və biz dost ölkələrin şirkətlərini orada görmək istərdik”, - Prezident İlham Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR