Dövlət başçısı: Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük

Dövlət başçısı: Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük
# 20 oktyabr 2022 18:09 (UTC +04:00)

“Bugünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün önəmli bir gündür”.

APA xəbər verir ki, bunu bu gün Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı xatırladıb ki, bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür:

“Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi. Məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Və noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edildi, Azərbaycan bayrağı qaldırıldı və ondan sonra Ermənistan təslim oldu. Bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi, bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu bizə əlavə güc verirdi, bu bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Və bir daha Türkiyə-Azərbaycan birliyi Zəfər çaldı. Və bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR