Dövlət başçısı: Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcmi artıb

Dövlət başçısı: Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcmi artıb
# 07 mart 2023 18:37 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirib.

APA xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və “Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini deyib.

Dövlət başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR