Dövlət başçısı Davosda “Carlsberg Group”un prezidenti və baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Dövlət başçısı Davosda “Carlsberg Group”un prezidenti və baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB
# 18 yanvar 2023 14:22 (UTC +04:00)

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.

APA xəbər verir ki, görüşdə “Carlsberg Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edilib. Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olunub.

Şirkətin Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100 faizə çatdırılacağı bildirilib.

Söhbət zamanı Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ilin yanvarında fəaliyyətə başlamasının və ölkəmizdə yeni investisiyaların yatırılmasının nəzərdə tutulduğu vurğulanıb.

Kes t`Hart Azərbaycanda “Carlsberg Group” şirkətinin fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

***

11:43

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR