Dövlət başçısı: "Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək"

Dövlət başçısı: "Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək"
# 30 aprel 2022 03:38 (UTC +04:00)

“Həmçinin bizim orada yeni idarəçilik sistemimiz var. Mənim Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələrim var, siz onlarla görüşdünüz”.

APA xəbər verir ki, bu sözlər Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
“Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək, onların hələlik təyin edilməməsinin səbəbi orada hələ ki, fəal yerləşmə prosesinin aparılmaması ilə əlaqədardır, amma bu da olacaq.”

Prezident bildirib ki, biz bu yeni idarəçilik modelini sınaqdan keçiririk.

“Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməmişdir. Buna görə də çoxlu suallar var. Çox güman ki, bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub”.

Dövlət başçısı bu prosesin ictimai şəkildə baş verdiyinə diqqət çəkib.

“Rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR