Dövlət başçısı: Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 15 noyabr 2022 16:53 (UTC +04:00)

“Gözəl ölkənizdə mən ilk dəfəyəm, ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib.

“Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar var. Siyasi dialoqa gəldikdə, Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Bu sıx siyasi təmaslar əlbəttə ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan marağı göstərir. Eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin”, - dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR