Dövlət başçısı: Ermənistanın təxribatı normallaşma prosesinə böyük zərbədir - YENİLƏNİB

Dövlət başçısı: Ermənistanın təxribatı normallaşma prosesinə böyük zərbədir - YENİLƏNİB
# 16 sentyabr 2022 16:03 (UTC +04:00)

“Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqəndə keçirilən Sammitində çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, indi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq: “Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

***

14.01

Ermənistanın törətdiyi genişmiqyaslı təxribat iki ölkə arasındakı normallaşma prosesinə böyük zərbədir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqəndə keçirilən Sammitində çıxışı zamanı bildirib.

Dövlət başçısı bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR