Dövlət rüsumunun düzgün hesablanması qaydası hazırlanacaq

Dövlət rüsumunun düzgün hesablanması qaydası hazırlanacaq
# 06 may 2022 14:57 (UTC +04:00)

Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 508-VIQD nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabineti dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR